AZ

“Radikal müxalifət xaricin tapşırıqlarını yerinə yetirmək üçün canfəşanlıq edir“ - DEPUTAT DANIŞDI

“Radikal müxalifət xaricdən gələn tapşırıqlara uyğun hərəkət etməsi hər kəsə məlumdur. Bu da səbəbsiz deyil, bir tərəfdən radikal müxalifətin cəmiyyətdə heç bir nüfuzunun olmaması, digər tərəfdən onlara maliyyə dəstəyi göstərənlərlə eyni ünvanda lövbər salan qüvvələrin Ermənistan üzərindən Azərbaycana uduzmaları hər iki düşərgəni Azərbaycana qarşı aqressivləşdirib. Azərbaycan 44 günlük müharibədə təkcə Ermənistana yox, onun arxasında duran beynəlxalq güclərə qalib gəlib, bunu da onlar sindirməkdə çətinlik çəkirlər. Xaricdən gələn tapşırıqlar əsasında radikal müxalifətin keçirdiyi mitinqlər onlar üçün, necə deyərlər, məcburu xarakter daşıyır, çünki həmin xarici qüvvələr qarşısında onların öhdəlikləri var. Müxalifətə alınan maliyyə vəsaitlərinin silinməsi üçün təxribatlar, qarşıdurmalar lazımdır. Həm də bu aksiyalarla müxalifət guya öz varlığını sübut etmək istəyir”. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov qeyd edib ki, aksiya planları bir mərkəzdən idarə olunur və bunu sübut etmək üçün qonşu ölkələrdə baş verən hadisələrə nəzər yetirmək kifayətdir: “Bu gün Gürcüstanda aksiyalar keçirilir, qarşıdurmalarda polislərin yaralandığına dair xəbərlər gəlməkdədir. Həmin mərkəzlər Azərbaycandakı əlaltılarına da tapşırıq veriblər. Tələblərinin də heç bir əsası yoxdur. Qarabağ problemi həll olunub, artıq keçmiş məcburi köçkünlər öz yurdlarına qayıdırlar, ərazi bütövlüyümüz tam təmin edilib, iqtisadi imkanlarımız hər gün artmaqdadır, sosial problemlər həll edilir. Deməli mitinqlər üçün sosial sifariş də yoxdur. Radikal müxalifət sadəcə, sifariş yerinə yetirir. Azərbaycanın sərhədləri yaxınlığında baş verən hadisələr narahatedicidir. İran-İsrail müharibəsi qapıdadır, işğalçı Ermənistan sülhə gəlməməklə bizə düşmən olmaqdan hələ də geri addım atmadığını büruzə verir. Belə olan halda stabil inkişaf edən bir ölkənin olması, işğaldan azad olunmuş torpaqlarda gedən quruculuq işləri xaricdəki bəzi dairələri narahat edir. Azərbaycan xalqı özü öz taleyini həll edir, radikal müxalifət isə bu gün xaricin tapşırıqları yerinə yetirmək üçün canfəşanlıq edir. Cəmiyyət onların arxasınca getmir və getməyəcək, insanlar onları heç vaxt dəstəkləməyəcək”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
159
36
Mənbələr
Şərh ()
Bağla