AZ

Uotkins Yorkun rekordunu təkrarladı

Cümə axşamı Konfrans Liqasının (KL) 1/4 finalına start verildi.

“Football-plus.az” xəbər verir ki, ilk matçlar ev sahiblərinin üstünlüyü ilə nəticələndi.

Bu mərhələdə İngiltərədə keçirilən oyun daha çox maraq doğururdu. Yerli “Aston Villa” “Lill”ə 2:1 hesabı ilə qalib gəldi. 13-cü dəqiqədə hesabı açan Uotkins birmingemlilərin formasında bu mövsüm vurduğu qolların sayını 25-ə çatdırdı. İngilis hücumçu bununla Duayt Yorkun 1995/96 mövsümündə müəyyən etdiyi rekordu təkrarladı.

“Olimpiakos” Yunanıstanda “Fənərbaxça”ya 3:2, “Brügge” isə Belçikada PAOK-a 1:0 hesabı ilə qalib gəldi. İlk oyunlarda yeganə heç-heçə Çexiyanın Plzen şəhərində qeydə alındı. Yerli “Viktoriya” ilə “Fiorentina” bir-birinin qapısına yol tapa bilmədi.

1/4 final, ilk oyunlar
Aston Villa (İngiltərə) - Lill (Fransa) 2:1
Uotkins, 13. Makqinn, 56 - Diakite, 84.
Aston Villa: E.Martines, Dieqo Karlos, Konsa, Torres, Din (A.Moreno, 74), Makqinn, Tilemans (İroeqbunam, 82), Duqlas Luis, Beyli (Diabi, 74), Uotkins (Duran, 82), Rocers (Zanyolo, 66).
Lill: Şevalye, Tyaqo Santuş, Diakite (Alessandro, 87), Yoro, İsmaili, Qudmundsson (A.Qomes, 78), Bentaleb, Andre, Haraldsson (Kabella, 78), Jeqrova (Yazıcı, 60), Devid.
Viktoriya (Plzen, Çexiya) - Fiorentina (İtaliya) 0:0
Fiorentina: Terraçano, Dodo, L.Martines, Milenkoviç, Biraqi, Mandraqora, Artur (Lopes, 79), Sottil (Kuame, 79), N.Qonsales (İkone, 84), Belotti (Nzola, 70), Beltran (Barak, 70).
Olimpiakos (Yunanıstan) - Fənərbaxça (Türkiyə) 3:2
Fortunis, 8. Yovetiç, 32. Şikinyo, 57 – Tadiç, 68-p. Kahveci, 74.
Fənərbaxça: Livakoviç, Oseyi-Samuel, Söyüncü, Bekao (Bonuççi, 84), Ostervolde (Kadıoğlu, 45), Kahveci, Zayts (Fred, 62), Kruniç (Yüksək, 62), Şimanski, Ceko, Tadiç.
Brügge (Belçika) - PAOK (Yunanıstan) 1:0
Vetlesen, 6.
Cavab oyunları aprelin 18-də keçiriləcək.
Bombardirlər: Zahavi (Makkabi T-Ə) - 8, Petkoviç (Dinamo) - 7.
Həftənin ən yaxşı oyunçusu (UEFA-nın versiyası): Kostas Fortunis (Olimpiakos).

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla