AZ

Zelenski səfərbərlik haqqında qanunu imzaladı

Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə səfərbərlik prosedurunu sərtləşdirən qanunu imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə parlamentin saytında məlumat yayılıb.

Bildirilib ki, qanun bu gün, aprelin 16-da prezidentin imzası ilə geri qaytarılıb.

Ukrayna qanunvericiliyinə görə, qanun prezidentin imzalamasından bir ay sonra qüvvəyə minəcək.

Qeyd edək ki, Ukrayna Ali Radası aprelin 11-də ikinci oxunuşda səfərbərliyin sərtləşdirilməsinə dair qanun layihəsini qəbul edib.

Seçilən
101
3
Mənbələr
Şərh ()
Bağla