AZ

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

“Crocus

Moskva, 16 aprel, AZƏRTAC

Tver Şəhər Məhkəməsi “Crocus City Hall”da törədilən terror aktı ilə bağlı təqsirləndirilən şəxsləri saxta şəkildə öz evinə qeydiyyata saldıran Aşurova qarşı həbs-qətimkan tədbiri seçib.

AZƏRTAC xəbər verir ki, Aşurovun ikili vətəndaşlığı var – o, həm Rusiya, həm də Tacikistan vətəndaşıdır. İşin materiallarından məlum olub ki, “Crocus City Hall” konsert salonunda terror aktı törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilən Aminçon İslomov və Dilovar İslomov saxta yolla Aşurovun evinə qeydiyyata düşüblər.

Məhkəmənin saytında qeyd olunan məlumata əsasən, Aşurov 2 ay müddətinə həbs edilib. Çünki ikili vətəndaşlığı olduğuna görə onun istintaq orqanlarından maneəsiz şəkildə gizlənə biləcəyi ehtimal edilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla