AZ

Energetika nazirinin Əbu-Dabidə IRENA-nın baş direktoru ilə görüşü olub

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərində Beynəlxalq Bərpa Olunan EnerjiAgentliyi (IRENA) Assambleyasının 14-cü sessiyası çərçivəsindəenergetika naziri Pərviz Şahbazov ilə Agentliyin baş direktoruFrançesko La Kamera arasında görüş olub.

Trend-in Energetika Nazirliyinə istinadən verdiyi məlumatagörə, görüşdə Azərbaycanda bərpa olunan enerji sahəsində həyatakeçirilən layihələr, ölkəmizlə IRENA arasında əməkdaşlıqəlaqələrinin bir sıra təşəbbüslər və platformalar vasitəsiləinkişafına dair müzakirələr aparılıb. BMT-nin İqlim Dəyişmələriüzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası(COP29) çərçivəsində Mərkəzi Asiya üçün IRENA İnvestisiya ForumunaAzərbaycanın ev sahibliyi, həmçinin Şərq Tərəfdaşlığı ölkələri üçünBərpa Olunan Enerji üzrə Yol Xəritələri təşəbbüsü üzrə hesabatıntəqdimatı ilə bağlı tədbirin keçirilməsi ilə bağlı məsələlərnəzərdən keçirilib.

Söhbət zamanı ikitərəfli əməkdaşlığın digər aspektləri ilə bağlıda fikir mübadiləsi aparılıb.

Məqalədə:
Seçilən
34
4
Mənbələr
Şərh ()
Bağla