AZ

Göydə də yaşamaq mümkün olacaq? – PROQNOZ

Son illər başqa planetlərdə həyat axtarışı sürətlənib.

Əvvəlcə Aya olan maraq indi Marsa yönəlib. Belə ki, artıq bir neçə ildir Marsda həyatın mümkünlüyü barədə ciddi işlər aparılır. Bununla bağlı ən intensiv işləri aparan isə “Space X” şirkətinin sahibi amerikalı milyarder İlon Maskdır. Hətta o, zaman-zaman gələcəkdə Marsda həyatın mümkün ola biləcəyini söyləyir. Mask həm də gələcək perspektivdə “qırmızı planet”də koloniya qura biləcəyini önə sürür. Həmçinin, hazırda dünyanın sonunun yaxınlaşdığı və dünya dağılandan sonra insanlığın Marsda həyatına davam edə biləcəyi kimi astronomik fikirlər də dilə gətirilir. Bu sözlər hazırda fantastik kimi səslənsə də, İlon Mask bunu edəcəyinə inandığını deyir.

Bəs gələcəkdə Marsda yaşamaq mümkün olacaq?

NOCOMMENT.az xəbər verir ki, məşhur astroloq Səbuhi Rəhimli cebhe.info-ya açıqlamasında bildirib ki, İlon Mask uzun illərdir Marsda həyat olacağı ilə bağlı fikirlər söyləyir:

“Ümumiyyətlə, insanlar elm, texnika və inkişafla bağlı hər şeyi deyirlər, amma Allahı nəzərə almırlar. Yəni çox şeylər ola bilər, amma heç kim Allahın iradəsindən kənar heç nə edə bilməz. Oxuduqlarımıza və bildiklərimizə görə, hələ ki, dünyanın sonu çatmayıb.

“Kiçik qiyamət”in özünün belə əlamətləri yoxdur, nəinki “böyük qiyamət”. Zaman-zaman insanların beynində təlaş və qorxu yaratmaq üçün belə şoular yaradırlar”.

Astroloq qeyd edib ki, Marsda həyat olacağı ilə bağlı fərziyyələr uzun illərdir dilə gətirilir:

“1999-cu ildə də Marsda həyat olduğu deyilirdi. Amma hələ indi-indi Marsa insansız aparatlar göndərmək mümkün olur. Hər il olduğu kimi, yenə də bu barədə danışırlar.

Hətta bu barədə filmlər də çəkilib. Mən yaxın 20 ildə belə bir şeyin baş verəcəyini proqnozlaşdırmıram”.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla