AZ

Bakıxanovda avtoxuliqan sürücünün “şou”su qəzayla sonlandı- VİDEO

Sabunçu rayonu Bakıxanov qəsəbəsində avtoxuliqanlıq edən sürücü qəza törədib.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında qeydə alınıb. Hərəkətdə olan 77-FR-076 dövlət nömrə nişanlı “Opel Astra” markalı avtomobilin sürücüsü təhlükəli manevrlər edib. Belə ki, o, avtomobili sağ-sol hərəkətləri edib və bu zaman digər hərəkət iştirakçılarına qəza riski yaradıb. İddialara görə, “avtoş”luq edən sürücü əl əyləcindən istifadə edərək “şou” göstərməyə çalışıb. Lakin onun bu cəhdi qəzayla nəticələnib. Hadisə zamanı sürücü və sərnişinlər xəsarət almasa da, nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Nərmin

 

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla