AZ

Azərbaycan "yaşıl" hidrogen istehsalı üçün dəniz küləyi resurslarından istifadə üzrə Aİ ilə sıx əməkdaşlıq edir - Nazir

Azərbaycan "yaşıl" hidrogen istehsalı üçün dəniz küləyi resurslarından istifadə üzrə Aİ ilə sıx əməkdaşlıq edir.

Trend xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov Abu-Dabidə keçirilən "yaşıl" hidrogen sammitində çıxışında deyib.

"Bu yaxında işğaldan azad edilmiş ərazilərdə yaşıl zonalar ayırmışıq və burada hidrogen istehsal olunacaq. Bu aspekt Avropa ilə əməkdaşlığımızın təməl daşlarından biridir. Xəzər dənizində külək enerjisi potensialı 157 qiqavattdır. Aİ ilə ekoloji cəhətdən təmiz hidrogen istehsalı üçün dəniz küləyi resurslarından istifadə üzrə sıx əməkdaşlıq edirik və onu Avropa bazarına tədarük etmək niyyətindəyik", - o deyib.

Onun sözlərinə görə, Azərbaycan hidrogen istehsalının inkişafı üzrə yol xəritəsini artıq müəyyən edib.

"Hidrogen 100 faiz bərpa olunan enerji imkanlarına nail olmaq üçün həlledici əhəmiyyət kəsb edir. Biz Azərbaycanda müxtəlif strateji sənədlərdə hidrogendən istifadə üzrə inkişaf qeydə almışıq. Ölkəmizin əsas iqtisadi inkişaf strategiyası təkcə hidrogenin istehsalı və istifadəsini deyil, həm də istehsal və ixrac imkanlarının öyrənilməsini özündə ehtiva edir", - deyə nazir əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova

Seçilən
23
1
Mənbələr
Şərh ()
Bağla