AZ

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Bakı, 16 aprel, AZƏRTAC

Türkiyənin Hacettepe Universitetinin təhsil elmləri üzrə professoru Səlahəddin Gelbal Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olub.

Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib. Bildirilib ki, qonaq ADPU-nun rektoru professor Cəfər Cəfərov və beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova ilə görüşüb. Cəfər Cəfərov ADPU-nun fəaliyyəti haqqında ətraflı məlumat verib.

Görüşdə ADPU və Türkiyə universitetləri arasında əlaqələrdən danışılıb, elmi əməkdaşlığın qurulması, akademik heyətin, tələbələrin qarşılıqlı mübadiləsi perspektivləri müzakirə olunub. Həmçinin təhsildə qiymətləndirmə və monitorinqin əhəmiyyəti vurğulanıb və bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsi ilə bağlı ətraflı müzakirələr aparılıb.

Seçilən
88
1
Mənbələr
Şərh ()
Bağla