AZ

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

BVF:

Bakı, 16 aprel, AZƏRTAC

Dünya iqtisadiyyatını daha bir il ərzində yavaş, lakin dayanıqlı inkişaf tempi gözləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatında deyilir.

Beynəlxalq Valyuta Fondu 2024 və 2025-ci illərdə qlobal ÜDM-in 3,2 faiz artacağını proqnozlaşdırır ki, bu rəqəm ötən ilin göstəricilərinə yaxındır.

“Qlobal iqtisadiyyatın kifayət qədər sabit qaldığına inanırıq”, - deyə BVF-nin baş iqtisadçısı Pyer Olivye Qurinşa jurnalistlərə açıqlamasında bildirib.

O, həmçinin bir çox ölkələrin mərkəzi banklarının inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini artırmasını tənəzzülün bədbin proqnozlarına meydan oxuduğunu qeyd edib.

BVF-nin hesabatında deyilir ki, bir çox ölkələrin COVID-19 pandemiyasından və yaşayış böhranından az ziyan çəkdiyi göz qabağındadır, üstəlik onlar pandemiyadan əvvəlki istehsal səviyyəsinə, əvvəllər proqnozlaşdırıldığından daha sürətlə qayıdırlar.

İnflyasiya səviyyəsi aşağı düşür, lakin son aylarda mərkəzi bankların öz hədəflərinə geri qayıtması prosesi nisbətən yavaşlayıb.

 

Seçilən
88
3
Mənbələr
Şərh ()
Bağla