AZ

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Bakı, 16 aprel, AZƏRTAC

Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun Saray təcrübə sahəsində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Ekoloji davamlılıq, ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədilə təşkil olunan tədbirdə Odlar Yurdu Universitetinin tələbələri ilə yanaşı, institutun əməkdaşları da iştirak ediblər.

Əvvəlcə Dendrologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən dosent Minarə Həsənova Saray təcrübə sahəsində görülən işlərdən, ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanmasının vacibliyindən danışıb, gənclərdə ekoloji şüurun inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Daha sonra əraziyə həmişəyaşıl ağaclar əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, Dendrologiya İnstitutu müxtəlif ərazilərdə quraqlığa davamlı və yerli iqlimə uyğun dekorativ çoxillik ağac-kol bitkilərinin əkilməsi işlərini həyata keçirir.

Seçilən
99
1
Mənbələr
Şərh ()
Bağla