AZ

“Liverpul”un evdə 33 oyunluq seriyası qırıldı

Aprelin 11-də Avropa Liqasının (AL) 1/4 finalına start verildi.

“Football-plus.az” xəbər verir ki, Bu mərhələnin ilk oyunları sürprizsiz ötüşmədi.

Əlbəttə, “Liverpul”un “Enfild”də böyük hesabla uduzması avrokubok həftəsinin ən gözlənilməz nəticəsi oldu. Mövsümün həlledici mərhələsində əsas diqqəti İngiltərə çempionatına ayıran Yürgen Kloppun komandasını “Atalanta” ilə matça qeyri-optimal heyətlə çıxaracağı gözlənilən idi. Alman mütəxəssis bir sıra oyunçuların zədədən yenicə qurtulmasını da nəzərə almağı lazım bilmişdi. Bu səbəblərdən start heyəti optimaldan çox uzaq olan “Liverpul” rəqibin ciddi müqaviməti ilə üzləşdi. Berqamoluların fasiləyə minimal üstünlüklə yollanması Kloppu ikinci hissəyə üç yeni aparıcı oyunçu – Robertson, Soboslai və Salah ilə başlamağa vadar etdi. Lakin bu, qonaqların oyun anlayışına əsla təsir etmədi. Əksinə, taktiki cəhətdən mükəmməl oynayan “Atalanta”nın hücumçusu Skamakka 60-cı dəqiqədə dubl etdi. Klopp Dias ilə Jotanı da meydana buraxdı, amma onun komandası arxa xətdə kobud səhvlərə yol verməyə davam etdi. Paşaliç hesabı darmadağın həddinə çatdırmaqla “Liverpul”un evdə 33 oyunluq (28 qələbə, 5 heç-heçə) məğlubiyyətsiz seriyasının qırılmasını rəsmiləşdirdi. Maraqlıdı ki, İngiltərə nəhəngi avrokuboklarda 3-cü dəfə öz meydanında böyük hesabla uduzdu. Mersisaydlılar bundan əvvəl Çempionlar Liqasında “Real”a 2023-cü ilin fevralında 2:5, 2014-cü ilin oktyabrında isə 0:3 hesabı ilə məğlub olmuşdular.
Milandakı matça maraq daha böyük idi. Son həftələr yüksəlişdə olan eyniadlı komanda İtaliyanın digər təmsilçisi “Roma”ya minimal hesabla uduzdu. 1/8 finalda “Qarabağ”a çətinliklə üstün gələn (2:2, 3:2) “Bayer-04” evdə “Vest Hem”in qapısından son dəqiqələrdə iki cavabsız top keçirdi. Portuqaliyadakı matçda isə yerli “Benfika” “Marsel”dən 2:1 hesabı ilə üstün oldu.

1/4 final, ilk oyunlar
Liverpul (İngiltərə) - Atalanta (İtaliya) 0:3
Skamakka, 38; 60. Paşaliç, 83.
Liverpul: Kelleher, Tsimikas (Robertson, 46), Konate, Van Diyk, C.Qomes, Cons (Soboslai, 46), Endo (Jota, 76), Elliott (Salah, 46), Makallister, Qakpo, Nunyes (Dias, 60).
Atalanta: Musso, Cimşiti, Hin, Rucceri, Zappakosta, Ederson, De Roon, Koopmeyners, Paşaliç, De Ketelare (Mirançuk, 89), Skamakka.
Milan (İtaliya) - Roma (İtaliya) 0:1
Mançini, 17.
Milan: Menyan, Ernandes, Qabbya, Tiav, Kalabriya, Bennaser (Adli, 59), Reynders, Pulişiç (Çukvueze, 78), Loftus-Çik, Leao (Okafor, 78), Jiru.
Roma: Svilar, Çelik, Mançini, Smollinq, Spinatsola, Paredes (Bove, 89), Kristante, Pelleqrini (Auar, 89), Əl-Şaaravi, Lukaku (Lyorente, 90+2), Dibala (Abraham, 80).
Bayer-04 (Almaniya) - Vest Hem (İngiltərə) 2:0
Hofmann, 83. Bonifas, 90+3.
Bayer-04: Kovarj, Stanişiç (İnkapye, 67), Ta, Tapsoba, Qrimaldo, Caka, Palasios, Frimponq (Tella, 67), Virts, Adli (Hofmann, 76), Şik (Bonifas, 76).
Vest Hem: Fabianski, Tsoufal, Mavropanos (Agerd, 86), Zuma, Kressuell, Souçek, Emerson, Paketa, Uord-Prouz, Kudus (Conson, 87), Antonio.
Benfika (Portuqaliya) - Marsel (Fransa) 2:1
R.Silva, 16. Di Mariya, 52 - Obameyanq, 67.
Benfika: Trubin, Bax, A.Silva, Otamendi, Eursnes, Neveş, Florentinu, Di Mariya, R.Silva, Neres (Leonardo, 71), Tenqstedt (Joao Mario, 71).
Marsel: P.Lopes, Mbemba (Soqlo, 67), Balerdi, Jiqo, Merlen (Ndiaye, 45+2), Luis Enrike, Veretu, Kondoqbiya, Harit, Mumbanya (Unay, 54), Obameyanq.
Cavab oyunları aprelin 18-də keçiriləcək.
Bombardirlər: Obameyanq (Marsel) – 10, Lukaku (Roma) – 7, Joao Pedro (Brayton) - 6.
Həftənin ən yaxşı oyunçusu (UEFA-nın versiyası): Canluka Skamakka (Atalanta).

Seçilən
80
Mənbələr
Şərh ()
Bağla