AZ

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

Bakıda

Bakı, 16 aprel, AZƏRTAC

Azərbaycan Atıcılıq Federasiyası (AAF) Bakıda keçiriləcək stend və güllə atıcılığı üzrə Dünya Kubokunun rəsmi posterini təqdim edib.

AAF-dan AZƏRTAC-a verilən məlumata görə, yarış Bakı Atıcılıq Mərkəzində təşkil olunacaq.

Turnirdə 80-dən çox ölkədən 400-dən artıq idmançının və 300-dən çox texniki heyətin iştirakı gözlənilir.

Dünya Kubokunun biletləri yaxın günlərdə “Iticket.az” saytında satışa çıxarılacaq.

Qeyd edək ki, yarış mayın 1-dən 12-dək keçiriləcək.

 

Seçilən
110
4
Mənbələr
Şərh ()
Bağla