AZ

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Bakı

Bakı, 16 aprel, AZƏRTAC

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 10-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

İmtahanda ən yüksək nəticə göstərərək 300 bal toplayan Bakı şəhəri 28 nömrəli tam orta məktəbin şagirdi Ayla Əzimli təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb: “İlk növbədə, buraxılış imtahanında maksimum nəticə göstərmək üçün çox çalışdım və bu da hədəfimə bir addım yaxınlaşmağıma kömək etdi. İmtahan nəticələri elan olunan anda keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil. Uğur qazanmağımda müəllimlərimin və valideynlərimin əməyi danılmazdır. 28 nömrəli tam orta məktəbin direktoru Qənirə Əmircanovaya, üzərimdə əməyi olan müəllimlərin hər birinə - Sevda Ağayevaya, Xəyalə Orucovaya, Gülsən Soltanovaya təşəkkürümü bildirirəm. Qəbul imtahanına ciddi şəkildə hazırlaşıram. Hər bir abituriyent kimi hədəfim 700 bal toplamaqdır”.

IV ixtisas qrupu üzrə hazırlaşan Ayla Əzimli məqsədinin Azərbaycan Tibb Universitetinə qəbul olmaq, sonra isə təhsilini xaricdə davam etdirmək olduğunu söyləyib.

Seçilən
183
31
Mənbələr
Şərh ()
Bağla