AZ

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Bakı, 16 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə Tarix və coğrafiya fakültəsində Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zakir Kərimovun “Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” mövzusunda mühazirəsi təşkil olunub.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan tarixi, Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedralarının professor-müəllim heyəti, “tarix müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər.

Tədbirdə Azərbaycan tarixi kafedrasının müdiri dosent Naibə Əhmədova mövzunun aktuallığından, indiki Ermənistan adlanan ərazidə Azərbaycan türklərinin izlərinin tarixdən silinməsi üçün məqsədli addımlar atılmasından danışıb.

Zakir Kərimov erkən orta əsrlər dövründən başlayaraq bu günədək Qərbi Azərbaycan ərazisinin tarixi-siyasi coğrafiyasından, əhalisindən və sərhədlərindən bəhs edib. Mühazirəçi vurğulayıb ki, Ermənistan təkcə Azərbaycanın torpaqlarına deyil, həm də onun tarixinə, toponimlərinə təcavüz edib.

Müzakirələrlə davam edən tədbirdə iştirakçılar ermənilər tərəfindən yayılan saxta informasiyalara cavab verilməsi üçün bu cür mühazirələrin silsilə şəklində keçirilməsinin vacibliyini və əhəmiyyətini vurğulayıblar.

 

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla