AZ

Məhkumlar səfərbərliyə cəlb olunacaqlar-KİMLƏRƏ SİLAH VERİLMƏYƏCƏK?

Ukrayna Ali Radası məhkumların könüllü səfərbər edilməsinin mümkünlüyü haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib. Lakin dəmir barmaqlıqlar arxasında olan hər kəs Vətənin müdafiəsində iştirak edə bilməyəcək.

“İki sahil”in məlumatına görə, bu barədə "RBK-Ukraina" “Xalqın xidmətçisi” partiyasının rəhbəri, Ali Radanın dövlət hakimiyyətinin təşkili, yerli idarəetmə, regional inkişaf və şəhərsalma komitəsinin rəhbəri Yelena Şulyaka istinadla məlumat verib.

O bildirib ki, qanun layihəsində məhkumların səfərbərliyə razılığı, bir sıra kateqoriyalara uyğunluğu və sağlamlıq vəziyyəti nəzərdə tutulur.

Şulyak həmçinin qeyd edib ki, burada bir sıra istisnalar olacaq: “Əlbəttə, istisnalar olacaq, milli təhlükəsizliyin əsaslarına qarşı cinayətlər törədən, əməkdaşları öldürən, cinsi zorakılıq kimi digər ağır cinayətlər törədən şəxslər müqavilə bağlaya və səfərbər oluna bilməyəcəklər”.

Günel Cəlilova, "İki sahil"

Seçilən
75
Mənbələr
Şərh ()
Bağla