AZ

BVF-in yaz iclaslarının ikinci günü: dünya iqtisadiyyatı və maliyyə sabitliyinin perspektivləri müzakirə olunur

Vaşinqton. Trend:

Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya BankıQrupunun (DBQ) yaz iclaslarının ikinci günü keçirilən tədbirlərdəqlobal iqtisadiyyata təsir göstərən mühüm məsələlər müzakirəolunur.

Trend bubarədə tədbirin keçirildiyi yerdən xəbər verir.

Beləliklə, Dünya İqtisadiyyatının Perspektivlərinin hesabatı iləbağlı müzakirələr çərçivəsində BVF-in Tədqiqat DepartamentindənPyer-Olivye Qurinşa, Petya Koyeva-Bruks və Daniel Li hazırkiiqtisadi vəziyyətdən bəhs edəcək.

Bundan başqa, Qlobal Maliyyə Dayanıqlılığı haqqında Hesabatıntəqdimatında BVF-in Pul-Kredit Əməliyyatları və Kapital BazarlarıDepartamentində Tobias Adrian, Fabio Nataluççi və Ceyson Vu maliyyədayanıqlılığı ilə bağlı aktual məsələləri nəzərdən keçirəcək.

G24 ölkələri qrupunun nümayəndələri ayrı-ayrı sessiyadabeynəlxalq iqtisadi əməkdaşlıq və maliyyə sahəsində idarəetməməsələlərini müzakirə edəcək.

Qeyd edək ki, aprelin 15-də Vaşinqtonda Beynəlxalq ValyutaFondunun (BVF) və Dünya Bankı Qrupunun (DBQ) Yaz İclasları öz işinəbaşlayıb.

Nazirlər səviyyəsində əsas görüşlər və tədbirlər 17-19 apreltarixlərində, digər görüşlər isə 15-20 aprel tarixlərindəkeçiriləcək.

BVF-in İnkişaf Komitəsi və Beynəlxalq Valyuta-MaliyyəKomitəsinin iclasları əsas tədbirlərdən biri olacaq. Burada DBQ vəBVF-in fəaliyyəti müzakirə olunacaq.

BVF-in yaz iclaslarında mərkəzi bankların rəhbərləri, maliyyə vəinkişaf nazirləri, parlamentarilər, özəl sektor və vətəndaşcəmiyyətinin, habelə elmi təşkilatların nümayəndələri bir arayagələrək qlobal narahatlıq doğuran problemləri, o cümlədən dünyaiqtisadiyyatı ilə bağlı məsələləri, yoxsulluğun aradan qaldırılmasıvə iqtisadi inkişafla bağlı mövzuları müzakirə edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla