AZ

Sobhani: İsrail regionda sabitliyi pozur

Cənubi Qafqazda qeyri-sabitlik faktorlarından biri də İsrail rejimidir.

Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani bildirib.

“Bu rejim regionda militarizmi inkişaf etdirməklə yanaşı, İranla region ölkələri arasında gərginlik yaratmağa çalışır”, - deyə o vurğulayıb.

Səfirin sözlərinə görə, militarizm inkişaf edərsə, toqquşma riski artacaq:

“Toqquşmaların sayının artması sabitliyin pozulmasına gətirib çıxarır və təhlükəsizliyi təhdid edir. Bu, İranla yanaşı, region xalqlarına da təsir edir. Görünən odur ki, rejim İranla region ölkələri arasında gərginlik yaratmağa çalışır, çünki bu rejim bizim düşmənimizdir”

M. Sobhaninin fikrincə, region xalqları o qədər ehtiyatlıdır ki, regionun heç bir ölkəsi ilə toqquşmaya başlamayacaqlar:

“Xarici siyasətdə ehtiyatlılıq ondan ibarətdir ki, qonşularla və digər ölkələrlə münasibətlərə uzunmüddətli perspektivdə baxmaq lazımdır. Düşünürəm ki, region ölkələrində belə bir anlayış var və onlar regionun həyatını sionist rejimin avantüralarına məruz qoymayacaqlar”.


Telegram kanalımız
Seçilən
99
Mənbələr
Şərh ()
Bağla