AZ

Ermənistan KTMT-nin üzvü olaraq fəaliyyət dairəsini azaldıb - Baş katib

Bakı. Trend:

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının(KTMT) üzvü olaraq fəaliyyət dairəsini əhəmiyyətli dərəcədəazaldıb.

Trend xəbərverir ki, bu barədə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov"NEWS.ru"ya müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistanın təşkilatda üzvlüyünü"dondurması" təşkilatın sənədlərində öz əksini tapmayıb.

"Ermənistan təşkilatın üzvü olaraq fəaliyyətinin həcminihəqiqətən əhəmiyyətli dərəcədə azaldıb", - deyə baş katib əlavəedib.

Xatırladaq ki, bu ilin fevral ayında Ermənistanın baş naziriNikol Paşinyan Fransanın "France 24" telekanalına müsahibəsindəErmənistanın KTMT-də iştirakını dondurduğunu bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Seçilən
85
39
Mənbələr
Şərh ()
Bağla