AZ

Əcnəbi VAR hakimi TFF-yə neçəyə başa gəlir?

Məlum olduğu kimi ötən həftəsonu Türkiyə çempionatında ilk dəfə əcnəbi VAR hakimlərinin köməyindən istifadə olundu.

32-ci tur çərçivəsində ''Ankaragücü'' - ''Qaziantep'', ''Fatih Karagümrük'' - ''Fənərbaxça'' və ''Alanyaspor'' - ''Qalatasaray'' oyunlarında VAR hakimi portuqaliyalılar oldu. Türkiyə Futbol Federasiyasının yeni qərarı ilə mövsümün sonuna qədər hər turun ən vacib oyunlarında bu təcrübədən istifadə olunacaq.

Bəs görəsən xaricdən gələn VAR hakimlərinə nə qədər pul ödənilir? Türkiyəli həmkarlarımızın araşdırmalarından sonra ortaya maraqlı rəqəmlər çıxıb.

Sən demə xaricdən bir hakimin gəlib Türkiyədə oyuna təyinat alması və geri dönməsi TFF-yə 200 min lirəyə (təxminən 105 min manata) başa gəlir! Bura həm yol xərci, həm oteldə qalmaq pulu, həm də hakimin özünə ödənilən məbləğ daxildi. Müqayisə üçün bildirək ki, türkiyəli VAR hakimlərinə hər oyuna görə maksimum 15 min lirə (785 manat), VAR köməkçilərinə isə 7500 lirə (393 manat) ödənilir.

ƏLİ

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla