AZ

"Ukrayna NATO-ya üzv olmamalıdır" - Alyans üzvü olan daha bir dövlət ETİRAZ ETDİ

“Slovakiya Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulmasına razı deyil”.

 

Sfera.az “TASS”a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Robert Fiko mətbuat konfransında bildirib.

 

“Ukrayna NATO-ya daxil olmaq istədiyini deyə bilər. Bu, onların öz qərarıdır. Biz isə deyirik ki, Ukraynanın NATO-ya qəbulu ilə bağlı sənədləri parlamentdə ratifikasiya etməyəcəyik, çünki Slovakiyanın neytral Ukraynaya ehtiyacı var. Əgər Ukrayna NATO-ya üzv olarsa, Slovakiyanın maraqları təhlükə altına düşəcək”, - R.Fiko deyib.

 

Qeyd edək ki, Slovakiya Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləyir. Robert Fiko bildirib ki, Brüssel və Kiyevin bu proseslə bağlı danışıqlara mümkün qədər tez başlayacağına ümid edir.

 

Firuzə Əliyeva

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla