AZ

Rusiyada hakerlərə himayədarlıq edən FTX əməkdaşı HƏBS EDİLDİ

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin regional şöbəsinin keçmiş əməkdaşı Qriqori Tsareqorodtsev 9 il azadlıqdan məhrum edilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb FTX əməkdaşının bir qrup hakerə himayədarlıq etməsi nəticəsində 160 milyon rubl rüşvət alması olub.

Perm qarnizonunun hərbi məhkəməsi onun cəzasını ciddi rejimli koloniyada çəkməsi və 320 milyon rubl cərimə ödəməsi barədə qərar çıxarıb. Bundan başqa, məhkum daşınmaz əmlakından və premium avtomobillərindən məhrum edilib.

Məhkum əməllərini sadə möhtəkirlik kimi qələmə verib. “Heç bir iş görməyən səhv etmir, xahiş edirəm, sərt cəzalandırmayın”, – deyə o, məhkəmədə hakimlərə müraciət edib.

Qeyd edək ki, əks-kəşfiyyatçı iki Perm sahibkarının ifadəsi əsasında ötən il saxlanılıb.

Xatirə SADİQ,

KONKRET.az

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla