AZ

"Həkimlərimizi tanıyaq!" rubrikası: Pediatr İradə Yunusova

Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti qonağı Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan 6 nömrəli Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi-pediatr İradə Yunusovadır.
 
O, 1972-ci ildə Sumqayıt şəhərində anadan olub. 1990-1996-cı illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 1996-1997-ci illərdə Sumqayıt Uşaq Xəstəxanasında pediatriya üzrə internatura keçib.
 
İradə Yunusova 1997-ci ilin avqust ayından Sumqayıt Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsində çalışıb. 1998-2000-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda həkim-pediatr, 2000-2021-ci illərdə 3 nömrəli Uşaq poliklinikasında sahə həkimi kimi fəaliyyət göstərib. 2021-ci ilin aprel ayından Sumqayıt Tibb Mərkəzinin 6 nömrəli Ailə Sağlamlıq Mərkəzində ailə həkimi-pediatr vəzifəsində işləyir.
 
Müxtəlif elmi konfransların, tədbirlərin iştirakçısı olub.
Seçilən
38
Mənbələr
Şərh ()
Bağla