AZ

İbrahim Rəisi Putinə zəng edib, İranın eskalasiyada maraqlı olmadığını bildirib

İran və Rusiya prezidentlərinin telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Məlumatda İran Prezidentinin İbrahim Rəisinin Rusiya dövlət başçısı Vladimir Putinə zəng etdiyi bildirilib.

Putin və Rəisi telefon danışığında İsrailin Dəməşqdəki İran konsulluğuna zərbəsindən və Tehranın cavab tədbirlərindən sonra Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Putin tərəflərin təmkin göstərəcəyinə və qarşıdurmanın yeni mərhələsinə yol verməyəcəklərini ümidvar olduğunu ifadə edib.

İbrahim Rəisi isə İranın hərəkətlərinin məcburi olduğunu və məhdud xarakter daşıdığını qeyd edib, gələcək eskalasiyada maraqlı olmadığını vurğulayıb.

Seçilən
31
2
Mənbələr
Şərh ()
Bağla