AZ

Məhkəmə "Barselona"nın planını pozdu: Müqavilə ləğv edilməyəcək

İdman geyimləri istehsalçısı "Nike" aralarındakı müqaviləni birtərəfli qaydada ləğv edən "Barselona"ya qarşı addım atıb.

Publika.az xəbər verir ki, ABŞ brendi kluba müvəqqəti qadağa qoya bilib. "Diario Sport"un məlumatına görə, "Barsa" ən azı 2028-ci ilə qədər "Nike"dan geyinməyə davm edəcək.

Barselona Kommersiya Məhkəməsi tərəfindən görülən ehtiyat tədbirləri Kataloniya klubu tərəfindən bu müqavilənin pozulmasının qarşısını almaq üçün kifayət edir. Bundan sonra "Barselona" əməkdaşlıq şərtlərini yaxşılaşdırmağa çalışacaq. Klub əlverişli iqtisadi razılaşma şərti ilə "Nike" ilə müqaviləni uzatmağa razıdır.

Qeyd edək ki, mediada "Barselona"nın yayda texniki sponsorunu dəyişə biləcəyi və ya hətta öz formalarını istehsal etməyə başlaya biləcəyi barədə çoxsaylı informasiyalar yayılıb.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla