AZ

Fiziologiya İnstitutu fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir  

Elm və Təhsil Nazirliyinin  akademik Abdulla Qarayeva adına Fiziologiya İnstitutu Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2024-cü il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul Planına əsasən aşağıdakı ixtisaslar üzrə qəbul elan edir.

 

Bu barədə Aztibb.az-a İnstitutdan xəbər verilib.

 

Fəlsəfə doktoru hazırlığı üzrə doktorantura: - 2 yer

2411.01 “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə - 1 yer (əyani büdcə hesabına):

2406.02 “Biokimya” - ixtisası üzrə - 1 yer (əyani büdcə hesabına):

 

Fəlsəfə doktoru hazırlığı üzrə dissertantura: - 1 yer

2411.01 “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə - 1 yer (büdcə hesabına):

 

Elmlər doktoru hazırlığı üzrə doktorantura: - 3 yer

2411.01 “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə  - 2 yer ( 1 yer qiyabi büdcə hesabına, 1  yer əyani ödənişli əsaslarla):

2406.02 “Biokimya” - ixtisası üzrə - 1 yer (qiyabi büdcə hesabına):

 

Elmlər doktoru hazırlığı üzrə dissertantura: - 2 yer

2411.01 “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə - 1 yer (ödənişli əsaslarla):

2406.02 “Biokimya” - ixtisası üzrə - 1 yer (büdcə hesabına):

 

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilir. (Portal.edu.az vasitəsilə 16.04.2024-15.05.2024-cü il tarixlərində müraciətlər qəbul olunacaq).

 

Tel.: (+994 12) 432 98 99

Seçilən
36
2
Mənbələr
Şərh ()
Bağla