AZ

Buraxılış imtahanlarında REKORD NƏTİCƏ: Suallar əvvəlki illərdən asan olub? – AÇIQLAMA

Düşünürəm ki, blok imtahanında da keçən illə müqayisədə nəticələr daha yaxşı olacaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında cari ildə buraxılış imtahanlarından əldə olunan rekord nəticə haqda danışan təhsil eksperti məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu deyib.

Onun sözlərinə görə, hələ əvvəlki illərin məzunlarının buraxılış imtahanının nəticələri açıqlanmayıb.

“Faktiki olaraq, 3 və 10 mart tarixlərində keçirilimiş cari ilin buraxılış imtahanlarının nəticələri açıqlanıb. Belə ki, 3 mart tarixində keçirilmiş buraxılış imtahanında 14, 10 mart tarixində keçirilmiş buraxılış imtahanında 39 şagird maksimum nəticə göstərib. Ümumilikdə, İmtahan iştirakçıları arasında 53 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Lakin hələ əvvəlki illərin məzunlarının buraxılış imtahanının nəticələri açıqlanmayıb.

Düşünürəm ki, blok imtahanında da keçən illə müqayisədə nəticələr daha yaxşı olacaq”, – deyə o bildirib.

Mütəxəssis əlavə edib ki, nəticələrin keçən illə müqayisədə daha yaxşı olması, sözsüz ki, ümumi nəticələrə də təsirsiz ötüşməyəcək:

“Əvvəlki illərlə müqayisədə bu il sualların asan olması doğru faktdır. Ümumilikdə, bu il nəticələr yüksəkdir. Buna səbəb həmçinin cari ilin abituriyentlərinin daha da hazırlığı olduğunu da göstərmək olar. Başqa bir səbəb isə sualların daha dəqiq, konkret, kurikulum metoduna uyğun tərtibidir. Nəticələrin keçən illə müqayisədə yaxşı olması, sözsüz ki, ümumi nəticələrə təsirsiz ötüşməyəcək. Xüsusən də 5-ci qrup və 11 illik bazadan kolleclərə qəbulda balların artmasını müşahidə edəcəyik. Universitetlərə gəlkdikdə isə yeni iki ali təhsil müəssisəsinin fəaliyyətə başlaması fonunda plan yerlərinin artırılması müəyyən qədər stabilliyə xidmət edəcək. Abituriyentləri ixtisas seçimi zamanı maksimum diqqətli olmağa çağırıram. Çünki bu il müsabiqə daha da məsuliyyətli olmağı, düzgün ixtisas seçimi aparmağı tələb edir”.

İsmayıl Bakuvi

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla