AZ

Zoopark yandı, 200-dən çox nadir heyvan öldü

İşğal altında olan Krımın Yevpatoriya zooparkında – “Tropicpark”da güclü yanğın baş verib.

Editor.az bildirir ki, bu barədə aprelin 16-da Rusiyanın TASS agentliyi zoopark rəhbərliyinə istinadən məlumat yayıb. İlkin məlumatlara görə, 200-ə yaxın heyvan və quş yanğının qurbanı olub: “Bu, böyük bir faciədir, bütün heyvanlar öldü, onların sayı 200-dən çoxdur.

Daha ətraflı heç nə deyə bilmərəm” -zoopark nümayəndəsi deyib. Yanğının səbəbinin soyuducuda yaranan qısaqapanma olduğu bildirilir. Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, sahəsi 625 m² olan birmərtəbəli binanın dam örtüyü yanıb.

Yanğının söndürülməsi çox tez alışan yükün olması səbəbindən çətinləşib, konstruksiyalar dağılıb. Yanğınsöndürənlər tüstü basmış otaqdan qadını xilas ediblər. Fövqəladə Hallar Nazirliyi nə qədər heyvanın öldüyünü etiraf etməsə də, iki ayını xilas etdiklərini qeyd edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
50
50
Mənbələr
Şərh ()
Bağla