AZ

Netanyahu ilə hərbçilər arasında münaqişə: Bu 3 məsələyə görə...

Fələstinin HƏMAS-la mübarizə ilə bağlı mübahisələr İsrailin baş naziri Binyamin Netanyahunun yüksək rütbəli hərbi məmurlarla fikir ayrılığına səbəb olub.

Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Nəşr bildirir ki, HƏMAS ilə ən yaxşı şəkildə necə məşğul olmaqla bağlı uzun müddətdir davam edən narazılıqlar və mübahisələr İsrailin müharibə dövründə qərar qəbul edən şəxsləri - Baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qalant və İsrailin keçmiş hərbi komandiri Benny Gants arasında münasibətləri korlayıb.

Nəşrin yazdığına görə, Netanyahu və hərbi rəsmilər “qəbul etməli olacaqları ən mühüm 3 qərar” mövzusunda fikir ayrılığına malikdirlər: həlledici hərbi əməliyyata başlamaq, israilli girovların azad edilməsi və Qəzza zolağının müharibədən sonra idarə olunması.

Nəşr həmçinin keçmiş general və İsrailin milli təhlükəsizlik müşaviri Giora Eilanddan sitat gətirib ki, “bu üç şəxs arasında etimadsızlıq aşkardır”.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla