AZ

FHN Bank Respublika-da nöqsanlar aşkarlayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) “Bank Respublika”da nöqsanlar aşkarlayıb.

NOCOMMENT.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, nazirliyin apardığı yoxlama nəticəsində bankın Nəsimi filialının yanğın təhlükəsizliyi qaydalarına riayət etmədiyi məlum olub.

Buna görə FHN bank barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. İş hakim Elməddin Hüseynovun sədrliyi ilə araşdırılacaq.

Bankın barəsində protokol tərtib olunan maddədə deyilir ki, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla