AZ

Bakıda uşaq evindən qaçan qız tapıldı

Bakıda uşaq evində intihara cəhd olub.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xətai rayonu, Lütfüzadə küçəsində yerləşən 3 saylı uşaq evində yaşayan 16 yaşlı M.Ağayeva (şərti) qollarına kəsici alətlə xəsarətlər yetirib. O, daha sonra müəssisəni tərk edib.

DİN Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirib ki, yeniyetmə qız artıq tapılıb: “Xətai rayonunda yerləşən 3 saylı uşaq evində qalan, 16 yaşlı qız M.A-nın oradan qaçması və özünə xəsarət yetirməsi ilə bağlı polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayan M.A Binə qəsəbəsində tapılıb və uşaq evinə qaytarılıb. İlkin müayinə zamanı, onun qol nahiyəsində xəsarətlər aşkar edilib. Araşdırmalar davam etdirilir”.

Seçilən
29
5
Mənbələr
Şərh ()
Bağla