AZ

Tbilisidə Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli hərbi əməkdaşlığı müzakirə edilib

Tbilisidə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Müdafiə Komitəsinin sədri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın müdafiə naziri İrakli Çikovani ilə görüşüb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Müdafiə Nazirliyi (MN) yayıb. Bildirilib ki, müdafiə naziri İrakli Çikovani Gürcüstan və Türkiyə arasında səmərəli əməkdaşlığın regional sülh və sabitlik üçün ön şərt olduğunu qeyd edib, bu kontekstdə xüsusi diqqət strateji əməkdaşlığın önəminə fokuslanılıb.


Gürcüstan MN-nin məlumatına görə, tərəflər Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli hərbi əməkdaşlığı da müzakirə ediblər. Qeyd olunub ki, bu üçtərəfli əməkdaşlığın məqsədi regional təhlükəsizliyi gücləndirməkdir. İrakli Çikovani bu il Gürcüstanın Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşünə ev sahibliyi edəcəyini qeyd edib.

Seçilən
38
2
Mənbələr
Şərh ()
Bağla