AZ

Gülər generalları toplayıb təlimat verdi – “Müttəfiqlərimizlə...”

Türkiyə müdafiə naziri Yaşar Gülərin sədrliyi ilə hərbi komandanlığın rəhbər heyəti ilə videokonfrans keçirilib.

Teleqraf.com xəbər verir ki, toplantı Baş Qərargah rəisi ordu generalı Mətin Gürak, Hərbi Dəniz Qüvvələri komandanı admiral Ərcümənt Tatlıoğlu, Quru Qoşunları komandanı ordu generalı Səlcuq Bayraktaroğlu, Hərbi Hava Qüvvələri komandanı general Ziya Camal Kadıoğlu, nazir müavinləri, eləcə də daxili və xarici ölkələrdəki qoşunların komandirlərinin iştirakı ilə baş tutub.

Gülər konfransda görülən işlərlə bağlı məlumat alıb və tapşırıqlar verib.

Müdafiə naziri Türkiyənin regionda baş verən böhranların qarşısının alınması və yumşaldılmasında əvəzsiz və effektli rol oynadığını deyib:

“Ətrafımızda baş verən kritik hadisələr qarşısında tutduğumuz peşəkar, texniki və qəti mövqe problemlərin daimi həlli istiqamətində rasional və məqbul addımlar atmağa imkan verir. Əslində, beynəlxalq səviyyədə həyata keçirdiyimiz təşəbbüslər, fəaliyyətlər ikitərəfli və çoxtərəfli təmas və danışıqlarda həmsöhbətlərimiz tərəfindən də qəbul edilir. Türk Silahlı Qüvvələri olaraq, dövlətimizin müvafiq qurumları ilə koordinasiyalı şəkildə, eləcə də qonşularımız və müttəfiqlərimizlə indiyə qədər etdiyimiz kimi, xoşməramlı əlaqələr çərçivəsində, xüsusilə də yaxın coğrafiyamızda qlobal təhlükəsizliyin, sülhün və əmin-amanlığın bərqərar olması istiqamətində səylərimizi artan səylə davam etdirəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
15
Mənbələr
Şərh ()
Bağla