AZ

Daha bir ölkə daşqınların əsarətində - VİDEO

Bəhreynin paytaxtı Manamada güclü leysan yağışları daşqınlara səbəb olub.

Bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.

Məlumata görə, regiona bir gündə birillik yağıntı düşüb. Nəticədə yollar, küçələr su altında qalıb. Bir neçə rayonda nəqliyyatın hərəkəti çətinləşib. Kütləvi tədbirlər ləğv edilib, məşhur istirahət yerləri bağlanıb. Sakinlərə çox zərurət olmadıqca çölə çıxmamaları tövsiyə olunur.

Qeyd edək ki, son günlər Rusiya, Qazaxıstan, Oman, Əfqanıstanda və Səudiyyə Ərəbistanında güclü daşqınlar yaşanıb.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla