AZ

Martda Azərbaycanın idxalı ixracdan çox olub – SƏBƏB

Azərbaycanın mart ayında həyata keçirdiyi xarici ticarət əməliyyatlarında idxalın ixracdan çox olması faktı qeydə alınıb. Bunun nəticəsində xarici ticarət balansında kəsir yaranıb. 


Sfera.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, martda ixrac 1,204 milyard dollar olduğu halda idxal 1,265 milyard dollar olub. Xarici ticarətdə ay ərzində 60,6 milyon dollardan çox mənfi saldo yaranıb. 


Martda idxalın ixracdan çox olmasının səbəbi ixrac olunan, amma rəsmiləşdirilməsi başa çatdırılmayan xam neft, təbii qaz və elektrik enerjisinə dair məlumatların əks olunmamasıdır. Məhsulun ixrac edilməsinə baxmayaraq, rəsmiləşdirilmə başa çatmadıqda həmin məlumatlar cari aya dair göstəricilərə daxil edilmir. Bu məlumatlar növbəti ayın ixrac göstəriciləri ilə birgə açıqlanır. 


Buna görə də bəzi aylarda ixrac göstəricisi başqa aylardan kəskin fərqlənir. Məsələn, bu ilin yanvarında ixrac 1,84 milyard dollar olduğu halda fevralda 2,94 milyard dollara yüksəlmişdi. Aylıq ixracda bu qədər fərqi yaradan səbəb rəsmiləşdirilməsi başa çatmayan məhsullarla bağlıdır. 


Böyük ehtimalla aprel ayına dair ixrac göstəriciləri açıqlananda rəqəmlərin daha yüksək olmasının şahidi olacağıq. 


Vasif
 

 

Seçilən
21
1
Mənbələr
Şərh ()
Bağla