AZ

Yunanıstanın bütün media sektorlarında tətil elan edildi

Yunanıstanın ən böyük jurnalistlər birliyi olan Afina Gündəlik Jurnalistlər Birliyi (ESIEA) bütün media sektorlarında 24 saatlıq tətil elan edib.

"Unikal" xəbər verir ki, bu barədə DW məlumat yayıb. 

Tətil çərşənbə axşamı səhər saat 5-dən çərşənbə günü səhər saat 5-ə qədər elan edilib. ESIEA bildirib ki, onlar anarxik iş şəraiti və çox aşağı maaşın əleyhinədir. 

Bəyanatda deyilir ki, özəl sektorun işəgötürənlərinin kollektiv müqavilələrin hazırlanmasına başlamaqdan imtinası işçilərin cüzi əməkhaqqı alması ilə nəticələnib.

Ağarza Elçinoğlu

Seçilən
24
50
Mənbələr
Şərh ()
Bağla