AZ

Gürcüstan parlamentinin sədri Hulusi Akarla Azərbaycan-Ermənistan sülh sazişini müzakirə edib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Müdafiə Komitəsinin sədri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfərə gəlib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan parlamenti yayıb.

Bildirilib ki, parlament sədri Şalva Papuaşvili nümayəndə heyəti ilə görüşüb. Tərəflər “Orta Dəhliz”in inkişafına, həmçinin Türkiyə-Gürcüstan strateji tərəfdaşlıq əlaqələrinə dair müzakirə aparıblar. Şalva Papuaşvili Türkiyənin hər zaman Gürcüstanın yanında olduğunu, ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib və buna görə təşəkkür edib.
Məlumata görə, Hulusi Akar hər iki ölkədə, həmçinin regionda təhlükəsizlik və firavanlığın önəmini vurğulayıb.

Qeyd olunub ki, tərəflər Azərbaycan və Ermənistan arasında sülh sazişinə nail olunmasının, həmçinin Türkiyə-Ermənistan əlaqələrinin inkişafının önəmini vurğulayıblar.

Gürcüstan Gürcüstan
Seçilən
14
Mənbələr
Şərh ()
Bağla