AZ

Trampın həyatı Kann festivalında baş mükafat uğrunda mübarizə aparacaq


ABŞ-nin keçmiş prezidenti Donald Trampın gənclik illərindən bəhs edən bioqrafik filmin premyerası gələn ay Kann Film Festivalında keçiriləcək.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, iranlı-danimarkalı kinorejissor Əli Abbasinin rejissorluğu ilə çəkilən “Şagird” (“The Apprentice”) filmi gənc Trampın 1970-1980-ci illərdə Nyu-Yorkda daşınmaz əmlak biznesinə necə başlamasından və müəllimi Roy Konla necə tanış olmasından bəhs edir.
Film festivalın əsas mükafatı olan “Palma budağı” (“Palme d'Or”) uğrunda mübarizə aparan 18 film arasında olacaq.
Filmdə “Marvel” superqəhrəman filmlərinin ulduzu Sebastyan Sten Trampı, “Emmi” mükafatlı “Varislik” (“Succession”) filminin aktyoru Ceremi Stronq isə məşhur vəkil Roy Konu canlandırır. Bolqarıstanlı aktrisa Mariya Bakalova isə Trampın birinci həyat yoldaşı İvana Zelnikovanı oynayır.
Seçilən
35
12
Mənbələr
Şərh ()
Bağla