AZ

''Beşiktaş'' rəsmisindən Sərgən Yalçın açıqlaması

Fernando Santuşla yollarını ayıran ''Beşiktaş''da yeni məşqçinin kim olacağı böyük maraqla gözlənilir.

İstanbul nəhəngi mövsümün sonuna qədər yola U-19 komandasının çalışdırıcısı Sərdar Topraktəpə ilə davam edəcək. Şayiələrə inansaq, hazırda ''Antalyaspor''u çalışdıran Sərgən Yalçının ''Beşiktaş''a qayıtmaq ehtimalı yüksəkdi. ''Ağ-qaralar''a sonuncu çempionluğu 2020/21-də məhz Yalçın yaşadıb. Bu arada ''Beşiktaş''ın baş koordinatoru Samet Aybaba son açıqlamasında həm Sərgən Yalçınla bağlı şayiələrə, həm də başqa məqamlara toxunub:

''Sərgən Yalçın ilə indiyə qədər heç bir görüşümüz, əlaqəmiz olmayıb. Çalışdırdığı bir klub var. Hazırda ''Antalyaspor''un məşqçisidi. Ona görə də zatən indi onunla görüşməyimiz etik olmaz. Yeni mövsümlə bağlı transfer çalışmalarımız davam edir. Siyahımızda həm gənc, həm də yaşlı oyunçular var. Təcrübəli sayıla biləcək və ya o yaşa yaxın olan futbolçulara daha çox maraq göstəririk. İşimiz çətindi. Çünki əlimizin altında bərbad və çürümüş bir komanda var. ''Fənərbaxça'' və ''Qalatasaray''ın heyəti hər kəsə bəllidi. Bu baxımdan aradakı fərqi yox etmək heç də asan olmayacaq. Bu, 3-5 gün ərzində olacaq iş deyil. Hər halda əlimizdən gələni edirik. Dünən futbolçularla toplantı keçirib onları təbrik etdim. ''Halal olsun sizə, altıncı dəfə məşqçini dəyişdirdiz'' dedim. Bəzi oyunçuların əsas komandadan kənarlaşdırılacağı ilə bağlı yayılan söz-söhbətlər həqiqəti əks etdirmir. Belə bir şey hazırda gündəmimizdə yoxdu''.

ƏLİ
Seçilən
31
Mənbələr
Şərh ()
Bağla