AZ

Sumqayıtda ağır qəza:“VAZ” dəmir arakəsməyə girdi- VİDEO

Sumqayıt şəhəri “Hacı Zeynalabdin” qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 15-i gecə saatlarında qeydə alınıb. Belə ki, idarəetmədən çıxan “VAZ-2115” markalı avtomobil qəzaya uğrayıb. Şahidlərin iddiasına görə, qəzaya səbəb sürücünün sükan arxasında yatması olub. Nəticədə avtomobil yoldan çıxaraq dəmir arakəsməyə çırpılıb. Hadisə zamanı nəqliyyat vasitəsi tamamilə yararsız vəziyyətə düşüb, sürücü xəsarət alıb.
Qeyd edək ki, hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Nərmin

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla