AZ

"Hədəflərimizə çatacağımıza inanıram" - "Sabah"ın futbolçusu

"Sabah" Azərbaycan Premyer Liqasının XXX turunda "Qarabağ"ı məğlub edib - 3:2.

"Futuristlər"in futbolçusu Tellur Mütəllimov "FutbolPress"ə açıqlamasında görüşlə bağlı fikirlərini bildirdi:

"Rəqib barədə xüsusi nəsə deməyə ehtiyac yoxdur. Oyunun çətin olacağını bilirdik. Fikrimcə, yaxşı mübarizə apardıq və vacib qələbə qazandıq. Buna görə şadam. Ancaq oyun artıq geridə qaldı və növbəti matçlara köklənməliyik". 

"Qarabağ"a üçüncü qolu vuran Mütəllimov hisslərindən söz açdı:

"Əlbəttə, qol vurmaq həmişə xoşdur, xüsusilə, "Qarabağ" kimi komandaya. Lakin əsas olan kimin qol vurması deyil, qələbə qazanmağımızdır".

"Sabah" bu mövsüm "Qarabağ"a ən çox qol vuran komandadır - 12 qol. Yarımmüdafiəçi bu statistikadan xəbərinin olmadığını qeyd etdi:

"Düzü, bunu bilmirdim. Belədirsə, xoşdur. Lakin çempionat bir komandadan ibarət deyil. Digər oyunlarda da yaxşı nəticələr əldə etməliyik. İnanıram ki, qələbələrlə fanatlarımızı sevindirəcəyik".

Tellur "Sabah"ın avrokubok şanslarını da dəyərləndirdi:

"Avrokuboklar uğrunda gərgin mübarizə gedir. Hamı sona kimi yarışacaq. Bundan sonra hər oyun bizim üçün finala bərabərdir. Hər şey öz əlimizdədir. Hədəflərimizə çatacağımıza inanıram".

Şahin Cəfərov
Seçilən
23
Mənbələr
Şərh ()
Bağla