AZ

Vaşinqton silahlara nəzarət dialoqunun bərpası üçün şərtləri açıqlayıb

ABŞ administrasiyası Strateji Hücum Silahlarının Sonradan Azaldılması və Məhdudlaşdırılması (START) üzrə Rusiya-Amerika Müqaviləsi çərçivəsində əvvəllər qəbul edilmiş əks tədbirlərdən imtina etməyə hazırdır. Lakin bunun üçün Rusiya öz öhdəliklərinə qayıtmalıdır.

Herbiand.az xəbər verir ki, bu barədə TASS ABŞ Dövlət Departamentinin ölkələrin Konqresə göndərdiyi silahlara nəzarət, yayılmamaq və tərksilah sahəsində razılaşmalara əməl etməsi ilə bağlı hesabatına istinadən xəbər verir.

Birləşmiş Ştatlarda Yeni START 2010-cu ildə bağlanmış Strateji Hücum Silahlarının Daha da Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər Müqaviləsi adlanır. Rusiyada isə START-3 adı verilib.

START-3 strateji silahların məhdudlaşdırılması sahəsində son beynəlxalq müqavilə olaraq qalıb. 2021-ci ildə Moskva və Vaşinqton onu beş il müddətinə uzadıb. Lakin 2023-cü ilin fevralında prezident Vladimir Putin Rusiyanın müqavilədə iştirakını dayandırdığını elan edib. Onun sözlərinə görə, müqavilə məsələsinə qayıtmazdan əvvəl təkcə ABŞ-ın deyil, bütün NATO blokunun ümumi zərbə potensialını nəzərə almaq lazımdır. Moskva və Vaşinqton artıq müvafiq silahlara baxış keçirmir və ya onlar haqqında məlumat mübadiləsi aparmır.

Dövlət Departamenti vurğulayıb ki, Birləşmiş Ştatlar Rusiyanı qitələrarası ballistik raketlərin və sualtı qayıqlardan buraxılan ballistik raketlərin buraxılışı barədə əvvəlcədən xəbərdar etməkdə davam edir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla