AZ

Dubayda metrostansiya su altında qalıb - VİDEO

Dubayda müşahidə edilən yağışlı hava şəraiti bir sıra fəsadlara yol açıb. Milli Fövqəladə Hallar İdarəsi Dubay sakinlərini evdə qalmağa çağırıb.

BAKU.WS xəbər verir ki, bu barədə “Khaleej Times” məlumat yayıb.

Qeyd olunub ki, şəhərin bəzi magistral yolları bağlanıb, hava limanında 17 reys yönləndirilib və ya ləngiyib, “Onpassive” metrostansiyası su altında qalıb.

BƏƏ Futbol Federasiyası aprelin 16-na planlaşdırılan bütün oyunların ləğv edildiyini açıqlayıb.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla