AZ

Gürcüstan parlamentinin spikeri Hulusi Akarla “Orta Dəhliz”i müzakirə edib

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bu ölkədə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşüb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Papuaşvili ilə “Orta Dəhliz”in inkişafına dair müzakirə aparıblar. Tərəflər Ermənistan və Azərbaycan arasında sülh sazişinə nail olunmasının vacibliyini vurğulayıblar.

Seçilən
48
1
Mənbələr
Şərh ()
Bağla