AZ

Qeyri-neft-qaz sektorunda əlavə dəyərin artım templəri yüksəkdir

Bu ilin ilk rübündə ötən ilin ilk rübü ilə müqayisədə ÜDM-in tərkibində qeyri-neft-qaz sektoru üzrə bir sıra sahələrdə yüksək artım templəri qeydə alınıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov bu barədə sosial şəbəkə hesablarında paylaşım edərək, artım templərini xarakterizə edən göstəriciləri açıqlayıb: “Əlavə dəyərin artım templəri nəqliyyat və anbar təsərrüfatında 17,3%, tikintidə 11,8%, informasiya və rabitədə 10,4%, turistlərin yerləşdirilməsi və ictimai iaşədə 10,2%, qeyri-neft-qaz emal sənayesində isə 12,9% təşkil edib”.

Seçilən
34
3
Mənbələr
Şərh ()
Bağla