AZ

“Azəri-Çıraq-Günəşli” yatağında yeni platforma neft hasilatına başılayıb


BP şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinin operatoru kimi bu gün Xəzər dənizinin Azərbaycan sektorunda yeni “Azəri Mərkəzi Şərqi” (ACE) platformasından neft hasilatına başlandığını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, ACE platforması və qurğuları gündəlik 100 min barelədək neft hasilatı gücündə layihələndirilib. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil ediləcəyi proqnozlaşdırılır.
Məlumat üçün bildirək ki, hazırda yeni platformadan əlavə “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında daha 6 platforma – “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli” və “Qərbi Çıraq” platformaları fəaliyyət göstərir.
Qeyd edək ki, AÇG layihəsində iştirak payı aşağıdakı kimidir:

BP (30,37%) – Operator,
SOCAR (25,0%),
MOL (9,57%),
INPEX (9,31%),
Equinor (7,27%),
ExxonMobil (6,79%),
TPAO (5,73%),
ITOCHU (3,65%),
ONGCVidesh (2,31%).

AÇG yatağında neft hasilatı sürətlə azalır – Statistika

Elnur Əli
Seçilən
38
1
Mənbələr
Şərh ()
Bağla