AZ

İsveçrənin yeganə milli nəşri olan "Blick" qəzeti, "Togg" elektromobilini "Türk Teslası" adlandıraraq tərifləyib

İsveçrənin yeganə milli nəşri olan "Blick" qəzeti "Togg"u “Türk Teslası” deyərək tərifləyib. Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Volfgang Gomoll imzası ilə "Blick"də yayımlanan xəbərdə, test sürüşündən sonra "Togg"un ağıllı cihazı "T10X"in Türkiyənin prestij obyektinə çevrildiyi bildirilib. Xəbərdə: "Elektrikli avtomobil süni intellektin radio çalğı siyahıları yarada biləcəyi rəqəmsal ekosistemi ilə heyranedicidir. Lakin sınaq sürücümüzün göstərdiyi kimi, sürücülük və şarj performansı da təsir edicidir", - deyə bildirilir. "Togg"un 2018-ci ildə qurulduğunu xatırladan xəbərdə pandemiya prosesindən heç bir zərər görmədən sağ çıxdığı və Türkiyənin bu brendi inkişaf etdirmək üçün böyük sərmayələr qoyduğu bildirilib. Xəbərdə prezident Rəcəb Tayyib Ərdoğanın "Togg"a verdiyi şəxsi dəstəyə diqqət çəkilərək, "Togg"un icraçı direktoru (CEO) Gürcan Karakaşın təcrübəli bir menecer olduğu bildirilib. Məlumatda "T10X"in kokpitdə böyük ekrana sahib olduğu və bu vasitənin tətbiq sahəsi də daxil olmaqla öz əməliyyat sisteminin inkişaf etdirildiyi ifadə edilib. Yazıda "Togg"un sərnişin salonunu “ikinci qonaq otağı” kimi təsvir etdiyi və məlumat sisteminin buna uyğun dizayn edildiyi bildirilib. Sürüş xüsusiyyətləri baxımından kafi olduğu bildirilən "Togg"un 468 kilometrə qədər məsafə qət edə biləcəyi vurğulanıb. Xəbərdə "Togg"un yanacaq doldurma zamanı "Skoda Enyaq" və ya "Tesla" kimi rəqibləri ilə asanlıqla ayaqlaşa bildiyi, hətta bəzi hallarda onları geridə qoyduğu, "T10X"in ilin sonunda Almaniyaya gəlməsinin gözlənildiyi və İsveçrəyə gəliş tarixi bəlli olmadığını bildirib. Qəzetin məlumatında 2032-ci ilə qədər Avropa yollarında 1 milyon "Togg"un olacağı gözlənildiyi qeyd edilib. Qadir, Bizimyol.info

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla