AZ

Ovik Aqazaryan: “Türkiyədən heç nə tələb edə bilmərik”

“1,5 milyon erməninin siyahısını müəyyən etmək cəhdi ola bilsin ki, Türkiyə hakimiyyətinin nəsil tələbləri mənasında edilib”.

KONKRET.az xəbər verir ki, bunu hakim “Mülki müqavilə” partiyasından olan deputat Ovik Aqazaryan deyib.

“Əgər bunu etmək olarsa və Türkiyə hakimiyyəti beynəlxalq məhkəmələr vasitəsilə maliyyə məsuliyyətinə cəlb oluna bilərsə, bu, məntiqlidir. Və buna dəhşətli bir hadisə kimi baxsanız, o zaman arifmetika mənasını itirir. Soyqırım təkcə fiziki məhv deyil, həm də insanların didərgin salınması olub. Soyqırım faktını heç kim inkar edə bilməz”, – deyə Aqazaryan bildirib.

Onun sözlərinə görə, Ermənistan Türkiyəyə qarşı iddia ilə bağlı heç bir hüquqi akt təqdim edə bilməz. “Çünki soyqırım dövlət siyasəti nəticəsində bütöv bir xalqın məhv edildiyi və didərgin düşdüyü Osmanlı İmperiyasında baş verib. Biz o zaman dövlət olaraq yox idik, ona görə də tələbkar tərəf ola bilmərik. Dünyanın müxtəlif yerlərində yaşayan hər bir insan iddia ilə çıxış edib, hər şeyi əsaslandıra bilirsə, bu başqa məsələdir.

Biz Türkiyədən heç nə tələb edə bilmərik. Nə deməliyik: bu torpaqları Ermənistan Respublikasına verin?! Hansı beynəlxalq standartlara əsaslanaraq bunu istəyə bilərik?”.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla