AZ

"Elə müasir silahlarımız var ki, İranı daş dövrünə qaytara bilər..."

 
"Elektromaqnit impulsun köməyilə İsrail İranın bütün elektron sistemlərini sıradan çıxara bilər, bu da İsrail üçün "kozır tuzu" ola bilər..."
 
İsrail İranı cavab verəcəyi tədirdə daş dövrünə qaytara biləcək müasir silahdan istifadə edə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Daily Star" qəzeti yazıb.
 
Qeyd edilir ki, İsrail İrana qarşı elektromaqnit bomba tətbiq edə bilər.
 
Nəşrlə söhbətində anonimlik şərtilə təhlükəsizlik və müdafiə üzrə ekspert məlumat verib ki, İranın təcavüzünə qarşı "İsrailin çox qeyri-ənənəvi cavabı var".
 
"Tarixdə ilk dəfə olaraq elektromaqnit və ya elektron bomba adlanan yeni silah tipi tətbiq edilə bilər, - ekspert bəyan edib. - Bu silah Tehrana və İranın digər iri mərkəzlərinə qarşı, habelə İranın nüvə obyektlərinin yerləşdiyi rayonlarda tətbiq edilə bilər".
 
Bomba insanları birbaşa öldürmür, çünki hələlik bəlli olmayan radiusda bütün elektron qurğuları sıradan çıxarmaq qabiliyyətinə malik elektromaqnit şüalar buraxır.
 
Bu o deməkdir ki, bir andaca Tehranın infrastrukturunun böyük bir hissəsi işləməyəcək, bu da İsrail üçün "kozır tuzu" ola bilər, ekspert əlavə edib.
 
Ölümcül olmayan bu silah növü indiyədək hərbi münaqişələrdə tətbiq edilməyib, lakin ən dağıdıcı silah hesab edilir. 
 
Onun əsasında elektron avadanlığını, məsələn, komanda məntəqələri, rabitə sistemləri və kompüter texnikasının  məhvinə gətirib çıxara biləcək yüksək gücə malik radiodalğalar generatoru dayanır.
 
Qısası, elektromaqnit impulsun köməyilə İsrail İranın bütün elektron sistemlərini sıradan çıxara bilər.
 
Bu qurğunun daşınması aviasiyadan artilletiyadək bütün bəlli üsulla həyata keçirilə bilər. 
 
Bundan öncə məlumat verilib ki, İranın yüksək vəzifəli məmuru "Əl-Cəzirə" telekanalına müsahibəsində bəyan edib ki, İsrailin İranın hücumuna cavab verəcəyi tədqirdə İranın cavabı "sarsıdıci" olacaq.
 
"Cavabın ikinci fazasına əvvəllər İsrail ilə münaqişədə istifadə edilməyən silah hazırdır", - məmur deyib.
 
Nüvə proqramı üzrə danışıqlara başçılıq edən Əli Bəqri Kəani İran KİV-lərinə müsahibəsində "İsraili yeni səhvlərə yol verəcəyi təqdirdə" cavabının "birbaşa və bir neçə saniyə ərzində" veriləcəyi ilə təhdid edib.
Seçilən
42
Mənbələr
Şərh ()
Bağla