AZ

Ukraynanın baş kəşfiyyatçısı və baş komandanı öldürüldü – Şok iddia

Rusiya ordusunun Xarkov vilayəti yaxınlığındakı Çuqev poliqonuna endirdiyi zərbə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) rəisi Kiril Budanov və Silahlı Qüvvələrin baş komandanı Aleksandr Sırskinin həyatına son qoymuş ola bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Voennoe Delo” Teleqram kanalı məlumat yayıb.

“Bir sıra kanallar yazırlar ki, hadisə yerində Budanov yox, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Sırski olub. Amma bütün hallarda yayılan xəbərlərdə mühüm vəzifəli şəxslərin öldüyü vurğulanır”, - məlumatda deyilir.

Telekanalın məlumatına görə, yüksək vəzifəli ukraynalı zabitlər də öldürülə bilər. Rusiya hücumunun qurbanları ilə bağlı Kiyevdən rəsmi məlumat verilməyib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
38
Mənbələr
Şərh ()
Bağla